“Odlar Yurdu” Sığorta Brokeri MMC namizədləri “Telemarketinq üzrə operator” vəzifəsinə müraciət etməklə gənc və kreativ komandanın üzvü olmağa dəvət edir:
Namizədə tələblər:
• Yaş: 18 – 45
• Cinsi: Qadın
• Təhsil: Natamam Ali və ya Ali
• İş təcrübəsi tələb edilmir! Biz özümüz Sizi oyrədəcəyik, əsas istəyiniz olsun!
• Dil və İT bilikləri : Azərbaycan dili – sərbəst, rus dili – orta; MS Office
Kompetensiyalar:
• Nəzakətli, yardımçı
• Səbrlə dinləyə bilən, stresə davamlı
• Diqqətli, fikirlərini aydın izah edən
• Komanda ruhu yüksək olan
• Analitik düşüncəsi yüksək olan
Əsas vəzifə öhdəlikləri:
• Müştərilərə təqdim olunan sığorta məhsullarının mahiyyətini onlara çatdırır;
• Müştərilərin istək və ehtiyaclarını təmin və onları təhlil edir;
• Sığorta xidmətlərinə marağın və tələbatın yaranmasında və formalaşmasında iştirak edir;
• Mənimsənilməmiş sığorta xidmətləri növlərini və onların inkişaf perspektivlərini öz praktikasında tətbiq edir və ya araşdırır;
• Müştərinin tələbinə uyğun olan sığorta məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi.
İş şərtləri:
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:30 – 18:30
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun. CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@oys.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq üzrə operator” qeyd edin.